(0)   Babek İnformasiya MMC +99450-7057286 contact@babek.net

Blog Təfərrüatları

Ana Səhifə Blog Təfərrüatları

Yüz faiz Çin kapitallı keramik plitələr zavodu işə salındı - 50 MİLYON YATIRILIB

Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, sənaye parkının 20 hektardan çox ərazisində Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçiriləcək. Yüz faiz Çin kapitallı müəssisə üçün investisiya dəyəri 40 milyon ABŞ dolları, işçi sayı 400 nəfər nəzərdə tutulsa da, hazırda müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 484 nəfər işlə təmin olunub. İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.

Qeyd edək ki, “Vanhong Ceramics”in hazırda Çində 5 zavodu var, həmçinin dünyanın 5 ölkəsində müəssisələri fəaliyyət göstərir.

“Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin baş direktoru Ciyi Vanq dedi: Möhtərəm cənab Prezident, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılış mərasimində iştirakınızla bizi qürurlandırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Azərbaycana bu qədər vəsait qoyursunuz, 81 milyon manat investisiya çox böyük rəqəmdir. Bu investisiyalar şirkətiniz, yəni, Çin şirkəti tərəfindən qoyulur. İndi mən gördüm ki, işçilərin sayı da 500-ə yaxındır. Bu, eyni zamanda, iş yerlərinin yaradılması proqramımıza da növbəti töhfədir. Əlbəttə ki, belə müəssisələr Çin-Azərbaycan dostluğunu daha da gücləndirir. Bu zavod cəmi bir il yarıma inşa edildi. Yəni, ilyarım bundan əvvəl mən onun təməlini qoymuşam.

“Azərbaycan Vanhong Ceramics Co.” nun İstehsalın idarə edilməsi proqramı olaraq Mikro Proqramı seçmələri bizi qürurlandırır. 

  Ümid edirik ki, birgə işimiz yeni uğurlar gətirəcək.

Vizyonumuz

Vizyonumuz öz sahəsində lider və qabaqcıl, həm milli, həm də beynəlxalq səviyyədə nailiyyətləri və keyfiyyəti ilə tanınan, texnologiyanı və sektoru orijinal həlləri ilə istiqamətləndirən bir şirkət olmaqdır.

Misyonumuz

Missiyamız proqram təminatı və aparat təminatının inkişafı və sistem inteqrasiyasında üstün və innovativ yanaşmalarla müştərilərimizin ehtiyaclarına ən yaxşı cavab verən keyfiyyətli və etibarlı həllər təqdim etməkdir.

Əlaqə

Bakı Ofis
Yusif Səfərov 76X / Sevgi Parkının yanı

Naxçıvan Ofis
Əziz Əliyev Küçəsi (Grand Otelin Yanı)

contact@babek.net

+99450-7057286

© Babək İnformasiya. Bütün hüquqlar qorunur.