(0)   Babek İnformasiya MMC +99450-7057286 contact@babek.net

Xidmət Təfərrüatları

Ana Səhifə Xidmət Təfərrüatları

MİKRO YAZILIM ERP SATIŞ

ERP (Enterprise Resource Planning) - müəssisənin məlumat, maliyyə, kadr və s. bazasının idarəedilməsi və saxlanması üçün vahid sistemdir. Burada əməkdaşların əlçatarlıq və hüquqlarını sazlamaq, dəyişiklikləri və digər prosesləri izləmək mümkündür.

ERP sisteminin tətbiqi ilə aşağıdakı üstünlükləri əldə etmək olar:

  • Müəssisənin fəaliyyət effektivliyini dəfələrlə sürətləndirmək və yüksəltmək;
  • Filialların və şöbələrin məhsuldarlığını izləmək;
  • Satış dinamikasının statistikasını aparmaq və onu təhlil etmək;
  • İdarələr üzrə sifarişlərin aparılması və rəsmiləşdirilməsi zamanı səhv və qeyri-dəqiqliklərdən uzaq olmaq;
  • Real vaxtda müəssisənin gəlirlərini və xərclərini nəzarətdə saxlamaq.

ERP sisteminin köməyi ilə müəssisənin rəhbərliyi çox rahat şəkildə fəaliyyət planlarını və qrafiklərini formalaşdlra bilər. Sistemdə həmçinin müəssisənin sənəd dövriyyəsi, müqavilələrin bağlanması və yerinə yetirilməsi, onun aktivləri də izlənir. Burada müəssisədə aparılan maliyyə hesabatları da məsul işçilərin daimi nəzarətində olur. Hər hansı bir əməkdaş və ya şöbə tərəfindən səhvlər və ya işə qeyri-səmimi yanaşma müşayiət olunduğu halda isə bu rahat bir şəkildə ifşa edilir. Sistemdə irimiqyaslı layihələri mərhələlərə bölmək, zəruri resurs bazasını və yerinə yetirilmə müddətini planlaşdırmaq mümkündür.

ERP sistemləri ilk növbədə müxtəlif profilli, bir neçə filiala və geniş coğrafiyaya malik oan iri şirkətlər üçün çox xeyirlidir. Belə müəssisələr üçün "Babək informasiya" özünün hazırladığı xüsusi həll təklif edir. Bu həll modul struktura malikdir, yəni ehtiyac yarandıqda qoşulan bir neçə komponentdən ibarətdir.

ERP-nin tərkibi və işəsalma prosesi

ERP sistemi modul struktura malik olduğu üçün onun müəssisədə tətbiqi tədrici baş verir. Bu, həm əməkdaşlar, həm də müştərilər tərəfindən əlavənin qavranılmasını sadələşdirir. Tam inteqrasiya (ERP-yə keçid) isə müəssisənin profilindən və sistemin mürəkkəbliyindən asılı olaraq bir neçə ay, bəzən isə bir neçə il çəkə bilər.

ERP sisteminin əsas qovşaq-modullarına daha çox aşağıdakıları aid edirlər:

Maliyyə modulu - müəssisənin investisiya cəlbediciliyini və reputasiyasını formalaşdırır. Bu modula mühasibatlığın baş kitabı, hesablar, gəlirlər və xərclər üzrə uçot sənədləri, öhdəlik və kreditlər barədə məlumatlar, banklarla münasibətləri əks etdirən sənədlər və s. aid edilir;

Kadr modulu - şirkətin işçiləri barədə fərdi və professional (ixtisası, təcrübəsi, səriştəsi və s.) informasiyanı, əməkdaşların əmək haqları, ona əlavələr, mükafatlar, ezamiyyələr və digər mühüm məlumatları əhatə edir;

Əməliyyat modulu - məhsulların və ya xidmətlərin istehsalı və satışı ilə əlaqəli istehsal, satış, logistik və digər hesabatların saxlanması üçündür. Bu modul müxtəlif sahələr üçün fərdi hazırlanır.

ERP sistemlərini "Babək informasiya" şirkəti özü işləyib hazırladığından onlara konkret müəssisə üçün mühüm olan modulları artırmaq, aktual olmayanları isə deaktivasiya etmək imkanına malikdir.

Vizyonumuz

Vizyonumuz öz sahəsində lider və qabaqcıl, həm milli, həm də beynəlxalq səviyyədə nailiyyətləri və keyfiyyəti ilə tanınan, texnologiyanı və sektoru orijinal həlləri ilə istiqamətləndirən bir şirkət olmaqdır.

Misyonumuz

Missiyamız proqram təminatı və aparat təminatının inkişafı və sistem inteqrasiyasında üstün və innovativ yanaşmalarla müştərilərimizin ehtiyaclarına ən yaxşı cavab verən keyfiyyətli və etibarlı həllər təqdim etməkdir.

Əlaqə

Əlaqə Tel:

+99450-7057286

E-poçt Ünvanı:

contact@babek.net

Ünvan:

Yusif Səfərov 76X / Sevgi Parkının yanı

İş prosesləri

Təqdim Etdiyimiz Proqram Həllərinin İş Prosesləri

Proqram Təminatının İnkişafı

Biz Daxili Və Xarici Ehtiyaclar Üçün Güclü,İstifadəçi Dostu Və Müasir Texnologiyalardan İstifadə Edən Proqram Təminatı Təqdim Edirik

İnteqrasiya

İstifadə Etdiyiniz Sistemlərlə İnteqrasiya Edərək Mövcud Məlumatlarınızla İşləməyinizə İmkan Veririk

Optimallaşdırma

Biz Sizin Resurslarınızı Optimallaşdırır,İşinizdə Xidmət Keyfiyyətini Və Məhsuldarlığı Yaxşılaşdırırıq.

Uyğunlaşma

Həllərimizi Tərtib Edərkən Sadələşdirilmiş və İstədiyiniz Kimi İnkişaf Etdiririk

Məşhur Rəylər

Müştərilərimin Bizim Proqram Həllərimiz və Xidmətlərimiz Barədə Dedikləri

Əlaqə

Bakı Ofis
Yusif Səfərov 76X / Sevgi Parkının yanı

Naxçıvan Ofis
Əziz Əliyev Küçəsi (Grand Otelin Yanı)

contact@babek.net

+99450-7057286

© Babək İnformasiya. Bütün hüquqlar qorunur.